Dünya yeni bir ada qazandıbackend

Yaponiya sahillərində dənizin altında vulkanın püskürməsi nəticəsində yeni ada yaranıb. Dünyanın ən yeni adası olaraq 100 kvadratmetrlik quru sahəsi qeydə alınıb.

“Yeni Gundem” xəbər verir ki, “dünyanın ən yeni adası” olaraq qeydə alınıb.

The Japan Times xəbər verir ki, ada oktyabrın 21-də adı açıqlanmayan dənizaltı vulkanın püskürməsi nəticəsində yaranıb. Bu xəbərə görə, oktyabrın 30-dan etibarən maqma dəniz səthinə çatıb və yeni ada şəklində yığılmağa başlayıb.

Yaponiya Məkan İnformasiya Agentliyi rəqəmsal xəritələmə texnologiyasından istifadə edərək ölkədə cəmi 14.125 ada müəyyən etdiyini açıqlayıb. Bu rəqəm, əvvəllər təxmin ediləndən 7273 daha çox ada deməkdir. Yaponiya yeni adalar əldə etməklə yanaşı, zaman-zaman onları da itirir.

Hokkaydo sahillərindən 500 metr aralıda yerləşən Hanakita Kojimanın 2018-ci ildə hiss olunmadan dalğaların altına girdiyi və yoxa çıxdığı düşünülür.

Yaponiyanın bu qədər adalara sahib olmasının geoloji və coğrafi faktorlarından biri onun yerləşdiyi yerin bu unikal xüsusiyyətidir. 2023-cü ildən əvvəl adaların rəsmi sayının 6 min 852 olduğu düşünülürdü. Lakin bu ilin əvvəlində aparılan yenidən sayma nəticəsində məlum oldu ki, bu rəqəm iki dəfədən çox olub, ümumilikdə təxminən 14,125 namizəd var.

Tokio Universitetinin vulkanologiya üzrə fəxri professoru Setsuya Nakada ada haqqında “Əvvəlki mərhələdə qara şaquli zibil və su axını, bərkimiş maqma yuxarıya doğru fışqırdı” deyib.

“Noyabrın 3-dən püskürmə dəyişməyə başlayıb və vulkanik külün emissiyası partlayıcı şəkildə davam edir” deyib və əlavə edib: “Lava olmayan ərazilər sıyrılaraq yoxa çıxa bilər. Əgər getdikcə daha çox lava çıxıb ərazini əhatə edərsə, düşünürəm ki, həmin hissə həmişəlik orada qalacaq”.

Mənbə: TGRT

Aynur Camal