Dünyada 2022-ci ildə rekord sayda jurnalist həbs edilibbackend

Jurnalistlərin əksəriyyəti İranda (62), Çində (43), Myanmada (42) və Türkiyədə (40) həbs edilib.

“Yeni Gundem” xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) hesabatına görə, 2022-ci ildə dünyada rekord sayda 363 jurnalist həbs edilib . Sərhədsiz Reportyorların məlumatına görə, hazırda 546 jurnalist həbsdədir.

Həbsdə olan media işçilərinin ümumi sayı 2015-2022-ci illər arasında demək olar ki, iki dəfə artıb. Hazırkı rəqəm otuz illik rekorda çevrilib.

2022-ci ildə ən çox jurnalist İran (62), Çin (43), Myanma (42) və Türkiyədə (40) həbs edilib. Rusiyada 19, Belarusda isə 26 jurnalist həbsdədir.

Təşkilat hər il dekabrın 1-nə olan statistikanı təqdim edir. Amma statistikaya il ərzində həbs olunan və azadlığa buraxılan jurnalistlər daxil deyil.

CPJ prezidenti Codi Ginsberqin sözlərinə görə, “vəziyyət hər yerdə pisləşib”.

“Azad və müstəqil mətbuata sahib olduqlarını iddia edən ölkələrdə belə jurnalistlər bir sıra təhdidlərlə üzləşirlər.

Sərhədsiz Reportyorlar Təşkilatının baş katibi Kristof Deloisin sözlərinə görə, “biz jurnalistikanın gələcəyi üçün həlledici onillikdəyik”.

Onun fikrincə, Rusiya və Çin “yeni dünya media düzəni yaratmaq” istəyir və onların kütləvi informasiya vasitələri ilə bağlı məhdudlaşdırıcı mövqeləri başqa ölkələrə də yayıla bilər.

“Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, 28 ölkədə mətbuat azadlığı ilə bağlı “çox ciddi” vəziyyət var.