“Dünyada dostları çox olan ölkələr ancaq inkişaf edərək, uğur qazana bilir” – DEPUTATbackend

Azərbaycan-İsrail münasibətləri artan dinamika ilə günü-gündən inkişaf edir. İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanması kimi dəyərləndirilməlidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib.

Millət vəkili S.Qurbanov açıqlayıb ki, Azərbaycan-İsrail münasibətlərinin yeni mərhələdə davamı hər iki ölkəyə xeyir gətirəcək:

“44 günlük Vətən müharibəsi zamanı dost İsrail dövlətindən çox böyük dəstək gördük.Səfirliklər ölkələr arasında münasibətlərin formalaşmasında birbaşa rol oynayır. Hesab edirəm ki, səfirliyin açılması yeni mərhələnin başlanmasına gətirib çıxaracaq. Dünyada dostları çox olan ölkələr ancaq inkişaf edərək, uğur qazana bilir.Azərbaycan da bu ölkələr sırasındadır.Ölkəmiz Aİ-nin 9 ölkəsi ilə ikitərəfli əlaqədədir.Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

İsrail kimi ölkə ilə yeni münasibətlərə başlamaq ölkəmiz üçün böyük uğurlar gətirəcək”,-deyə o qeyd edib.

Fərahim Rəhimov