Qlobal istiləşmə ilə mübarizədə əsas rol oynayan Amazon meşələri də quraqlığın qurbanı olub.
Beynəlxalq elm adamlarını bir araya gətirən “World Climate Attribution” araşdırma qrupunun gəldiyi qənaətə görə, bunlar keçən ilin iyun-noyabr ayları arasındakı dövrdə baş verib. Həmçinin verilən məlumata görə, sözügedən keçən ilki quraqlıq qeyri-adi olub və daha çox iqlim dəyişikliyi ilə bağlı olub. Araşdırmalar, qlobal istiləşmənin quraqlıq riskini 30 dəfə artırdığını vurğulayıb. Oktyabr ayında Braziliyada Rio Neqro çayında da suyun səviyyəsi rekord həddə düşüb.
Amazondakı çaylarda suyun səviyyəsinin azalmasının milyonlarla insanın həyatına təsir etdiyi vurğulanır. Çaylar rayon əhalisinin gəlir mənbəyi olmaqla yanaşı, nəqliyyatda da əsas rol oynayır.
Braziliyanın Tefe gölündə suyun temperaturu 39 dərəcəni keçib və nəticədə nəsli kəsilməkdə olan 150 estuar delfin və çəhrayı delfin ölüb.
Quraqlıqdan təsirlənən Amazon meşələri dünyanın ağciyərləri kimi tanınır.
Qeyd edək ki, dünyanın ən böyük yağış meşəsi olan bu Amazon, süzdükləri karbon qazı sayəsində qlobal istiləşmə ilə mübarizədə əsas rol oynayır. Amazonlar həmçinin biomüxtəlifliyi ilə də diqqəti cəlb edir. Dünyadakı növlərin 10 faizinə ev sahibliyi edir. Onun hələ də çoxlu kəşf edilməmiş növlər var.
Mənbə: Ntv.Tr
Aynur Camal