Energizer dünyanın ən böyük akkumulyatoruna malik smartfonunu elan edib.
Cihaz həftələrlə doldurulmaya bilər. Məşhur akkumulyator və akkumulyator istehsalçısı olan Energizer şirkəti yeni smartfon enerji bankını təqdim etmək niyyətindədir. Cihaz sənayedə ən böyük tutumlu batareyaya sahib olacaq.
Cihaz fevralın 26-dan 29-dək keçiriləcək MWC 2024 sərgisində təqdim olunacaq. İlkin məlumatlara görə, smartfon 28 000 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq. Bu, əksər müasir smartfonlardan 5 dəfə çoxdur. Ola bilsin ki, batareya cihazın bir həftə ərzində bir şarjla işləməsinə imkan verəcək.
Rekord qıran smartfon Energizer P28K adlanacaq. Yeni məhsul Full HD+ təsvir ölçülü 6,78 düymlük ekran, 60, 20 və 20 meqapiksellik üçlü kamera və 16 meqapiksellik ön kamera əldə edəcək. İstehsalçı dizayn və digər xüsusiyyətləri daha sonra açıqlayacaq. Bu, Energizer-in ilk nəhəng smartfonu deyil. Belə ki, şirkət 2019-cu ildə analoji cihazı təqdim etdi. O zamankı model 18.000 mAh batareya ilə təchiz edilmişdi və gözləmə rejimində 50 gün işləyə bilərdi.
Mənbə: mail.ru
Aynur Camal