Dünyanın ən böyük kömür limanında etiraz aksiyasıbackend

Dünyanın ən böyük kömür limanında iki gündür davam edən etiraz aksiyası 109 nəfərin həbsi ilə nəticələnib. Yüzlərlə fəal Avstraliyanın Nyukasl limanının gəmiçilik zolağında iqlimin hərəkətsizliyinə etiraz etmək üçün üzərək və ya kanoda istifadə edib.

Avstraliya dünyanın ikinci ən böyük kömür ixracatçısıdır və elektrik enerjisinə olan ehtiyacını kömürdən qarşılayır. Sidneydən təxminən 170 km məsafədə yerləşən Nyukasl limanı ölkənin kömür daşınması üçün ən vacib limanıdır.

Avstraliyalı fəallar ölkənin ən böyük kömür limanını blokadaya alıblar. Etirazçılar nümayişin yarım milyon tondan çox kömürün ölkəni tərk etməsinə mane olduğunu iddia ediblər.

Avstraliyanın hər yerindən təqribən 3000 nəfər həftəsonu gəmi zolağının 30 saatlıq blokadasında iştirak edib. Lakin nümayiş bitdikdən sonra onlarla etirazçı suda qaldı və nəticədə 109 nəfər, o cümlədən beşi uşaq həbs olundu.

“BUNU NƏVƏLƏRİM ÜÇÜN EDİRƏM”

Aksiyada iştirak edən 97 yaşlı Alan Stuart deyib: “Mən bunu nəvələrim və gələcək nəsillər üçün edirəm. Çox təəssüf edirəm ki, onlar bizim hərəkətsizliyimizin nəticələrini çəkməli olacaqlar. Ona görə də bunu mənim borcum hesab edirəm, bsşqa nə edə bilərəm?” – deyib.

Yeni Cənubi Uels polisindən verilən açıqlamaya görə, liman kanalını tərk etməkdən imtina edən 104 nəfərə qarşı ittiham irəli sürülüb. Etirazı təşkil edən “Rising Tide” qeyri-hökumət təşkilatı nümayişi “Avstraliya tarixində iqlimlə bağlı ən böyük vətəndaş itaətsizliyi aksiyası” adlandırıb.

Bu arada, etiraz Dubayda illik qlobal iqlim dəyişikliyi sammiti olan COP28-in başlamasına bir neçə gün qalmış keçirilir.

Rising Tide, Anthony Albanese hökumətinin termal kömür ixracına vergi qoymasını və yeni qalıq yanacaq layihələrini ləğv etməsini istədiyini söyləyib.

Mənbə: Ntv.Tr

Aynur Camal