Dünyanın ən kiçik “ölkəsi”: Sealand Knyazlığıbackend

Sizcə dünyanın ən kiçik ölkəsi hansıdır? Söhbət tanınmış ölkələr baxımından gedirsə, bu cərgə hələ də yarım kvadrat kilometrdən bir qədər az ərazini tutan Vatikana məxsusdur. Bəs tanınmamış ölkələr? Burada işlər bir az daha maraqlı olmağa başlayır. Sealand Knyazlığı rəsmi olaraq tanınan ölkə deyil, “mikromillət”dir, lakin heç bir beynəlxalq qurum tərəfindən tanınmasa da, özünü suveren millət elan edir.

Sealand Knyazlığı 1967-ci ildə Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İngiltərəni bombalamaq üçün istifadə etdiyi dəniz platformalarından biri olan Roughs Tower-in bir hissəsi kimi təsis edilib. Britaniya Kral Donanması tərəfindən inşa edilən bu platforma İngiltərədəki Temza çayının mənsəbində yerləşir.

İngiltərədən 12 dəniz mili kənarda sularda yerləşən Roughs Tower beynəlxalq sularda olduğu üçün Bates ailəsi tərəfindən müstəqil dövlət elan edildi. Roy Bates bu platformanı bir ölkə hesab edərək onun üzərində suverenlik iddiasında idi.

Roy Bates özünü Şahzadə elan etdi və Sealand’ın ilk hökmdarı oldu. O, ailəsi ilə birlikdə Sealandda yaşamağa getdi və Bates öz hökumətini qurdu. Lakin bu hökumət yalnız Bates və onun ailəsindən ibarət idi.

Sealand Knyazlığı zamanla müxtəlif müdafiə tədbirləri gördü. Məsələn, 1978-ci ildə Sealand’a hücum cəhdi oldu və Şahzadə Roy Bates və oğlu Maykl hücum edənləri dəf etmək üçün atəş açdılar. Bu hadisə Silandın müdafiəsiz olmadığını göstərdi.

Sealand Knyazlığı ümumiyyətlə beynəlxalq ictimaiyyətdə tanınmır. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmır və hüquqi statusu mübahisəlidir. Buna görə də Sealand pasportları və digər sənədlər ümumiyyətlə beynəlxalq səyahətlər üçün etibarlı deyil.

Sealand turist səfərləri üçün açıqdır və insanlar vaxtaşırı bu mikromillətə baş çəkirlər. Ticarət Sealand-da mövcud olan müxtəlif xidmətlər vasitəsilə də həyata keçirilə bilər, lakin bu ticarət ümumiyyətlə məhduddur və beynəlxalq səviyyədə tanınmır. Heç bir dövlət Sealand qanuni olaraq tanımır. Gəminin göyərtəsini xatırladan platformada kabin tipli otaqlar var.

Bundan əlavə, helikopter meydançası, kilsə, idman zalı, mətbəx, hamam, tualet və iclas otağı kimi bölmələr var.

Sealand Knyazlığında yaşayanların sayı 27 nəfərdir. Bu əhali sayı ilə dünyanın ən kiçik mikro ölkəsidir.

Buna baxmayaraq, dünyanın ən nəcib vətəndaşları olan ölkədir. Bunun səbəbi internet üzərindən cəngavər, lord/lady, baron/baronessa və s. kimi titulların satışıdır.

Ölkənin ən böyük gəlir mənbəyi internet üzərindən təklif etdiyi hostinq xidmətidir. Bu ölkənin vətəndaşlığını, titullarını və maraqlı hədiyyələrini onlayn ala bilərsiniz. Ölkəyə getmək istəyirsinizsə, xüsusi icazə almalısınız.

ÜMUMİ MƏLUMAT

Sahəsi: 4000 m²

Yaradılma tarixi: 2 sentyabr 1967-ci il

Əhali: 27 (2002)

Rəsmi dil(lər): İngilis dili

Psevdovalyuta: Sealand dolları

Saat qurşağı: GMT

Şahzadəsi: 1967–2012: Peddi Roy Beyts

2012 – İndiki: Michael Bates

Mənbə: Ntv.Tr

Aynur Camal