Yaponiyanın İkeda şəhərindəki Satsukiyama zooparkından olan vombat Ueyn Ginnesin Rekordlar Kitabı tərəfindən onun növünün qeydə alınmış ən yaşlı nümayəndəsi kimi tanınıb.
Onun ən azı 34 yaşı var. Balaca Ueyn anasını uşaq ikən itirdi və 1989-cu ilin noyabrında az qala maşın onu vurdu. Yəni rekord qeydə alınarkən o, ən azı 34 yaş 100 gün, bəlkə də ondan da böyük idi.
Əsirlikdə saxlanılan ən yaşlı vombat üzrə əvvəlki rekordçu Patrick idi və ən azı 30 yaş 200 günlük idi. O, 2017-ci ildə Avstraliyanın Ballarat Vəhşi Təbiət Parkında vəfat edib.
Təbiətdə vombatların orta ömrü 5-15 il, əsirlikdə isə 20 ilə qədər yaşaya bilirlər. Satsukiyama zooparkının direktoru qeyd edib ki, Ueyn “gözəl bir vombat”dır və onun uzun ömür sürməsi onun stress səviyyəsinin aşağı olduğu sakit həyat tərzi ilə bağlıdır.
Mənbə: mail.ru
Aynur Camal