Dünyanın gözü 6 ildən sonra baş tutan Afina zirvəsində!backend

İşdə Ərdoğan-Miçotakis görüşü xarici mətbuatda!

6 ildən sonra Afinada baş tutan səfəri beynəlxalq agentliklər və xəbər qurumları yaxından izləyib. Britaniya mediası görüşü “qazan-qazan” kimi şərh edib.Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinada Yunanıstan Prezidenti Katerina Sakelaropulu və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Prezident Ərdoğanın son 6 ildə ilk səfəri olması və Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı kritik əhəmiyyət daşıyan zirvə dünya mətbuatı tərəfindən yaxından izlənilib.

Yunanıstanın “Kathimerini” qəzeti “Sakellaropoulou Ərdoğana Yunanıstan-Türkiyə sülhünün qorunmalı olduğunu söylədi” başlığını yazıb.

O, Mitsotakis və Ərdoğanın “açıq kartlarla görüşəcəyini” yazıb.

Xəbərdə deyilir ki, “Yunanıstan Prezidenti Katerina Sakellaropulou cümə axşamı günü səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana iki ölkənin bəzi məsələlərdə fərqli baxışlara malik olduğunu, lakin “Bizim dövlətimizin xeyrinə sülh və mehriban qonşuluq münasibətlərini qorumaq üçün birlikdə çalışmalıdırlar” deyib.

Beynəlxalq xəbər agentliyi AP bu anın istisində abunəçilərinə bu açıqlama ilə xidmət edib: “Prezident Ərdoğan gərgin münasibətləri düzəltmək üçün Yunanıstana səfər edib”: ‘Əlaqələrin yaxşılaşdırılması istiqamətində işləmək niyyəti Ərdoğanın prezident Katerina Sakellaropoulou ilə ilk görüşündə açıq şəkildə özünü göstərib.

France 24, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqla izlənilən səfəri üçün Afinaya getməsi, NATO müttəfiqləri ilə tarixi rəqibləri arasında uzun illər davam edən gərginlikdən sonra yeni səhifə açmaq cəhdi olaraq elan edildi” deyib.

“Euronews” telekanalı liderlərin və nümayəndə heyətlərinin bir sıra görüşlər keçirəcəyini açıqlayıb və “Türkiyə prezidenti Ərdoğan bu gün qonşu dövlətlər arasında tarixən gərgin olan münasibətləri yenidən təşkil etmək məqsədi ilə mühüm diplomatik missiya ilə Afinaya səfər edir” deyib.

Qətərdə yerləşən “Əl-Cəzirə” yazıb ki, Ankara və Afina münasibətlərində yeni başlanğıca hazırlaşır.

ABŞ-da yerləşən ABC News, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gərgin münasibətləri düzəltmək və Qərb müttəfiqləri ilə əlaqələri bərpa etmək üçün Yunanıstana səfər edir” şərhini yazıb.

İngiltərə qəzetinin nəşrinə görə isə “Analitiklər hesab edirlər ki, Yunanıstanla daha yaxşı münasibətlər Türkiyənin Avropa ilə gərgin münasibətlərini bərpa etmək üçün açardır”.

“Times of India” yazıb ki, imzalanacaq müqavilələr ikitərəfli əlaqələrdən kənara çıxır.

Fransanın AFP xəbər agentliyi isə Ərdoğanın səfəri zamanı qarşılıqlı əlaqələrdə “yeni səhifə açmağı hədəflədiyini” yazıb.

Mənbə: TGRT

Aynur Camal