Qəzzəyə ümid verən körpə!
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İsrailin qeyri-insani bombardmanı və blokadası altında olan Qəzza zolağında dinc əhaliyə qarşı qırğın davam edərkən, bu dəfə ürəkaçan bir hadisə yaşanıb. Şəhərin cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanasının həkimləri İsrail bombardmanlarında ölən fələstinli ananın bətnində olan körpəni xilas edə biliblər.
Xəstəxananın neonatal bölməsinin həkimlərindən olan Esad en-Nawaciha Anadolu agentliyinə verdiyi açıqlamada Ranim Hicazi adlı hamilə fələstinli qadının ölü olaraq Nasser Xəstəxanasına gətirildiyini bildirib.
Tibb işçiləri tərəfindən ananın qarnından çıxarılan körpənin sağ olduğunu bildirən həkim “Dərhal qəbul etdik, həyata qaytardıq və lazım olanı etdik. Hazırda inkubatordadır, oksigenə qoşulub” deyib.
Hazırda dəhşətli müharibənin ən gənc veteranı olan körpə Fələstin xalqının da ümidinə çevrilib.
Qəzza Səhiyyə Nazirliyindən alınan son məlumatlara görə, İsrailin Fələstinə etdiyi hücumların 18-ci günündə indiyədək 5087 nəfər həyatını itirib və onlardan 2055-i uşaqdır. 830 uşağın hələ də dağıntılar altında qaldığı bildirilir. 15 mindən çox fələstinli yaralanıb.
Mənbə: TGRT
Aynur Camal