Düşüncə gücü ilə kompüter idarə edə biləcəyikbackend

Elon Musk yeni açıqlamasında Neuralink-dən beyin çipi köçürülən ilk insan xəstənin tam sağaldığını və düşüncələrindən istifadə edərək kompüter siçanını idarə edə bildiyini bildirib.

Elon Musk Neuralink beyin çipinin implantasiya edildiyi ilk şəxsin tam sağaldığını açıqlayıb. Xəstə nəinki sağalıb, hətta düşüncə gücü ilə kompüter siçanını da idarə edə bilir.

Mask sosial media platformasındakı Spaces tədbirində “İrəliləyiş yaxşıdır və xəstə bildiyimiz sinir effektləri ilə tam sağalmış kimi görünür. Xəstə yalnız düşünərək ekranda kompüter siçanını hərəkət etdirə bilər” deyib.

Musk, Neuralink-in indi xəstədən mümkün qədər çox “siçan klikləri” almağa çalışdığını söyləyib.

Şirkət sentyabr ayında insan sınaqlarında iştirak etmək üçün icazə aldıqdan sonra keçən ay ilk insan xəstəsinə uğurla çip implantasiya etdi.

Neuralink, beynin hərəkət qabiliyyətini idarə edən bir hissəsinə çipi cərrahi yolla implantasiya etmək üçün robotdan istifadə etdiyini ifadə edərək, ilk məqsədin insanların düşüncələrini istifadə edərək kompüter kursorunu və ya klaviaturasını idarə etmələrini təmin etmək olduğunu əlavə edib.

Maskın Neuralink üçün böyük ambisiyaları var və deyir ki, çiplər piylənmə, autizm, depressiya və şizofreniya kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Ötən il təqribən 5 milyard dollar dəyərində olan Neuralink şirkəti təhlükəsizlik protokolları ilə bağlı dəfələrlə yoxlama çağırışları ilə üzləşib.

Reuters keçən ay bildirmişdi ki, firma ABŞ Nəqliyyat Departamentinin təhlükəli materialların daşınması ilə bağlı qaydalarını pozduğuna görə cərimələnib.

Mənbə: Ntv.Tr

Aynur Camal