Ədalət və beynəlxalq hüquq bərpa olundubackend

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.

1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə 2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olmuşdur. Xocalıda törədilən soyqırımı bizim üçün ilk olay deyildi.

Ermənilərin uydurduqları “erməni soyqırımı”ndan bəhs edərkən gəlin tarixə səyahət edək, görək ermənilərin özləri hansı soyqırımların müəllifidir. Dəhşətli “Xocalı soyqırımı”na  yön tutmazdan əvvəl görək ermənilər daha hansı soyqırımlara imza atıblar?

İndiki Ermənistan İrəvan xanlığının ərazisində qurulmuşdur. Əhalisinin 80 %-i vaxtilə Azərbaycan türkləri olan bu torpaqda bu gün bir nəfər azərbaycanlı yaşamır. Bəs bu insanlar öz razılığı iləmi öz torpaqlarını tərk edib, ermənilərə bağişlamışlar? Yoxsa, onlar erməni silahlılarının qəddarlığı, törətdiyi soyqırımlar nəticəsində iki min illik dədə-baba torpaqlarında qətlə yetirilmiş, yaxud, evlərindən zülümlə çıxarılmışlar?

1600-cü illərdən varlı erməni tacirləri erməni dövləti yaratmaq xəyalına düşdülər. Bu dövrlərdə Rusiya ilə İran arasında ticarət əlaqələri erməni tacirləri tərəfindən həyata keçirilirdi. 1660-cı ildə Culfalı Xoca Zakar Sarhadov Çar Aleksey Mixayloviçə “ ermənilərə xüsusi lütfikarlığına görə” “Almaz taxt” hədiyyə etmişdi.1828-ci ildə İrəvan xanlığının işğalından və Türkmənçay müqaviləsindən dərhal sonra İrandan, Türkiyədən bu əraziyə ermənilər köçürülməyə başladı. İrəvan xanlığının ərazisi “Erməni vilayəti” adlandırıldı. Bu ərazidə böyük vəchlə erməni dövləti yaratmaq Çar Rusiyasının canfəşanlığı sayəsində həyata keçsə də, Fransa və İngiltərənin yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Ermənilərin fəallığını daha da artırmaq üçün yeni bir təşkilata ehtiyac duyulurdu. Nəhayət, Rusiyanın himayəsi ilə 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyası təsis edildi.Məmməd Səid Ordubadi ” Qanlı sənələr ” adlı tarixi romanında  1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımlarını qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi.”

“Böyük Ermənistan” yaratmaq iddiası ermənilərin qanını coşdurmuşdu. Rusiyanın hərtərəfli dəstəyi ilə, İngiltərə və Fransanın “qorxma-qorxma” fitvasına arxalanan ermənilərin gözünü qan örtmüşdü. İrəvan xanlığını və digər bölgələri ələ keçirmək üçün böyük fəlakətlər törədirdilər.

1905-ci il iyun ayının 9-da təpədən-dırnağa silahlanmış ermənilər Eçmiədzinin Təkiə kəndinə hücum etmiş, camaatı vəhşicəsinə güllədən və qılıncdan keçirmişlər. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurub, 200 cild Quran və müqəddəs kitabları yandırmışlar. Qafanın Karxana kəndindən qaçıb qayaların arasında sığınacaq tapmış 30-dan artıq qadını vəhşicəsinə məhv etmişdilər. Ara vermədən, amansız hücumlarda İrəvan quberniyasında məqsədlərinə nail olan erməni cəlladları Qarabağa, 1905-ci ilin noyabrında Gəncə şəhərinə soxuldular. Böyük qətliamlar törədirlər .1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüası altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

 

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Yenə də Azərbaycan xalqına qarşı vəhşiliyə susamış ermənilər 1988-1994 – cu illər ərzində xarici havadarları tərəfində silahdırılan ermənilər Azərbaycan ərazinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış yerləri dağıdılmış , dinc əhali amansızcasına qətlə yetirilmişdir . Başlıbel , Ağdaban və Baqanis – Ayrım kəndlərində törədilmiş vəhşiliklər faşizmin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusilə seçilir. 1992-ci ilin fevral ayının 26 – da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirmişdi. Xocalı soyqırımı zamanı 613 nəfər , o cümlədən 106 qadın ,63 azyaşlı uşaq,70 qoca öldürülmüş , 8 ailə tamamilə məhv edilmiş , 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş , 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Rəşadətli Azərbaycan ordusu ermənilərin Azərbaycan torpaqlarında etdiyi özübaşnalıqlara cavab olaraq Azərbaycanın qədim məskəni Qarabağı düşmən cəsusların hakimiyyətindən aldı . Baxmayaraq 44 günlük müharibədə yenə ermənilər Azərbaycan xalqının iradəsini qırmaq , xalqın psixologiyasına təsir etmək üçün Bərdə və Gəncə şəhərlərində öz cinayətlərini törətsələr də xalqımızın daxili gücü zəifləmədi və düşmən üzərində qələbə çalmağa nail oldu.

Sadıqova Fatimə-Azərbaycan Dövlət Pedaqoji Universiteti