Digər hücum xəbəri isə son illərdə intihar hücumlarının sayının artdığı Əfqanıstandan gəlib. Bank qarşısında intiharçı hücumu nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Əfqanıstan yenidən hücum xəbəri ilə sarsıldı. Səhər saatlarında ölkənin cənubunda yerləşən Qəndəhar şəhərində bankın qarşısında intiharçı hücumu həyata keçirilib.
Bir çox insan maaşlarını almağı gözləyən zaman hədəfə alınıb. Hücumdan sonra bölgəyə çoxlu təhlükəsizlik qüvvələri və sağlamlıq qrupları sövq edilərkən, səlahiyyətlilər tərəfindən edilən açıqlamada partlayışda ən az 3 nəfərin həyatını itirdiyi, 12 nəfərin yaralandığı bildirilib.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməsə də, Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani hücumla bağlı araşdırmalara başlanıldığını bildirib.
Mənbə: TGRT
Aynur Camal