Əfqanıstanı soyuq dalğa vurdu!  60 nəfər həyatını itirdibackend

Əfqanıstanda güclü qar, yağış və şaxtalı soyuq hava şəraiti nəticəsində 60 nəfər həyatını itirib.

Əfqanıstanın bəzi bölgələrində şaxtalı soyuq, yağış və güclü qar yağışı son həftələrdə təsirli olsa da, temperatur mənfi 30 dərəcəyə enib.

Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Janan Saeq verdiyi açıqlamada ölkədə son 3 həftədə güclü qar, şiddətli yağış və şaxtalı soyuqlar səbəbindən 60 nəfərin həyatını itirdiyini bildirib.

Saeq, “Bu müddət ərzində 1600-dən çox ev qismən və ya tamamilə dağılıb, soyuq hava səbəbindən 177 mindən çox mal-qara tələf olub” deyib.

Saeq bildirib ki, Milli Fəlakət Agentliyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif bölgələrində 22 min 400-dən çox ailəyə ərzaq, ehtiyac və nağd yardım göstərilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal