Əfsanəvi restorandan lüks şərablar oğurlandıbackend

“Ratatouille” filminə ilham verən əfsanəvi Paris restoranının 1,5 milyon avro (təxminən 50 milyon TL) şərab itirdiyi məlum olub.

Notr-Dam kilsəsinin mənzərəli lüks restoranı “La Tour d’Argent”də adi inventar yoxlaması zamanı 300 min şüşə şərab olan zirzəmidə çatışmazlıqlar aşkar edildikdə polisə məlumat verilib.

 İtirilmiş şüşələr arasında dünyanın ən yaxşı və ən bahalı şərabları da var.

2007-ci ilin məşhur cizgi filmi “Ratatouille”ə ilham verən restoranı ziyarət edənlər arasında İngiltərənin keçmiş kraliçası II Yelizaveta da olub. Elizabeth, Franklin Ruzvelt, Charlie Chaplin, Salvador Dali, Con Travolta, Steven Spielberg kimi adlar da bu siyahıda var.

Mənbə: hurriyyət.tr

Aynur Camal