“Ege Hospital”da ölüm hadisəsi olubbackend

Bakıda tanınmış xəstəxanada ölüm hadisəsi olub.

“Yeni Gundem” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü P.İsayev 1 ilə yaxındır ki, böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar müayinə və

müalicələr alıb.

O, dekabrın “Ege Hospital”a yerləşdirilib, bir gün sonra günorta saatlarında vəziyyəti pisləşib. Həkimləri səyinə baxmayaraq, həmin gün saat 17 radələrində vəfat edib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.