Əhaliyə xəbərdarlıq: Sabahdan etibarən…backend

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.

Sentyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz  20-25 dərəcə  isti olacaq.