Əhliman Əmiraslanov: “Xəstəxanalarımızda böyük gərginlik hiss olunur”backend
“Əgər koronavirus pandemiyasının yayıldığı ilk iki ay ərzində 200 min nəfər bu virusa yoluxmuşdusa, indi yalnız 24 saat ərzində 180 mindən artıq insan bu virusa yoluxur”.
Bu fikirləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdəki müzakirələr zamanı söyləyib. O, bildirib ki, ölkəmizdə də rəqəmlər dediyim rəqəmlərə yaxındır: ” Son 14 gün ərzində ölkəmizdə COVİD19-a yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım da davam edir. Yoluxanların sayının artması Azərbaycan səhiyyə sisyteminə çox ciddi təzyiq edərək gərginlik yaradır.  Xəstəxanalarımızda böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtlarda tibb mərkəzlərinə müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi çox fərqlidi. İndi isə onların tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edirlər. Reanimasiya və süni tənəffüs aparatlarına ehtiyacı olanların sayı sürətlə artır”.
Ə.Əmiraslanov insanları sanitar qaydalara ciddi əməl etməyə çağırıb. O, bildirb ki, sağlam və xəstə insanların hər ikisi qoruyucu maskadan istifadə edərsə, yoluxma 1,5 faiz olar. Komitə sədri sosial mediada antitəbliğata rast gəlindiyini təəssüflə vurğulayıb. Millət vəkili onu da bildirib ki, bu gün mövcud olan tədbirlər effekt vermir. Karantin qaydalarını pozanlara heç bir güzəşt ola bilməz!
///musavat.com