Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin “Qəfil gün doğsa bir gecə” gecəsində daim oturması və yeriməkdə çətinlik çəkməsi pərəstişkarlarının narahatlığına səbəb olub.
Konsertdə E. Hüseynovla birgə çıxış edən xanədə, Xalq artisti Nəzakət Teymurova açıqlamasında həmkarının səhhətində ciddi problemin olmadığını bildirib:
“İnsanlara belə problemli şeylər lazımdır. Bir az soyuqlayıb. Məndə də belə problemlər tez-tez olur. Peşəmiz oxumaqdır. Hər kəsdə belə şeylər olur. Nə əməliyyat keçirib, nə də başqa bir şey. Sadəcə olaraq yüngül xəstəlikdir. Konsertlə üst-üstə düşdü, səhnəyə çıxmalı idi. İnşallah tez sağalar”.