Ekspert Arzu Babazadə mükafata layiq görüldü – FOTObackend

YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ MÜTƏXƏSSİSİ, EKSPERT SÜRÜCÜLÜK TƏLİMÇİSİ, ARZU KÜRSÜM BABAZADƏ  “Avand Production” tərəfindən mükafata layiq görülüb.

Belə ki, bu gün “Avand Production” tərəfindən bu mükafata layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, “Türkiye Kalite Ödülleri” mükafatını alanlardan biri də Arzu Babazadə olub. A.Babazadə layiq görüldüyü mükafatla bağlı məlumat verərkən bildirib ki, mükafat ona indiyədək gənclərin maarifləndirilməsi, sürücülük sahəsində əldə etdiyi nailiyyətlər, qazandığı təcrübənin gənclərlə bölüşülməsinə görə verilib.

Qeyd edək ki, qəza əleyhinə, təhlükəsiz sürücülük təlimləri keçən, nümunəvi sürücü diplomuna sahib olan yeganə xanım təlimçidi.

“Yeni Gündəm” kollektivi olaraq, Arzu xanımı rəhbərliyimiz və öz adımızdan təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.