Ekspertlərdən yeni epidemiya həyəcanıbackend

Yeni bir epidemiya ilə bağlı narahatlıq bu dəfə İngiltərədən gəldi. İngilislər quşlardan ‘uzaq durmağa’ çağırılarkən, sosial məsafəyə diqqət yetirmələri ilə bağlı xəbərdarlıq edildi. Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) britaniyalıların “təhlükəsiz qalmasına” kömək etmək üçün yeni bələdçisində quş qripinin “insan sağlamlığı üçün risk” yaratdığı barədə xəbərdarlıq edib.

Hökumət rəsmiləri bildiriblər ki, insanlar göyərçin, qu quşu və qağayı kimi vəhşi quşlarla hər cür təmasdan çəkinməlidirlər.

Kral Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) və Heyvan və Bitki Sağlamlığı Agentliyi ilə birlikdə yaradılan bələdçi çərçivəsində britaniyalılardan da heyvan nəcisi və ölü quşlardan uzaq durmaları xahiş olunur.

Bildirilir ki, insanlar hər zaman “ən azı iki metr” sosial məsafəni saxlamalıdırlar. Yeni tövsiyə son bir neçə ildə quşları və digər məməliləri “görünməmiş” sayda öldürən quş qripinin növbəti insan pandemiyası ola biləcəyi qorxusu fonunda verilir.

Quş qripi adətən ev quşlarını və çöl quşlarını təsir etsə də, insanlar da daxil olmaqla məməliləri yoluxa bilər. Tədqiqatlar göstərir ki, insanlarda ölüm nisbəti yüzdə 60-a çata bilər.

Son 20 ildə ən azı 882 nəfər quş qripinə yoluxub və onlardan 461-i dünyasını dəyişib. H5N1 kimi tanınan quş qripinin insandan insana keçə biləcəyini göstərən heç bir dəlil yoxdur.

Lakin ekspertlər qorxurlar ki, mövcud yayılmanın miqyası virusa mutasiyaya daha çox imkan yarada bilər, bu da H5N1-in insanlarda daha yaxşı yayılmasına imkan verir.

Mənbə: TGRT

Aynur Camal