Ekvadorda həbsxanada baş verən iğtişaşda 6 polis yaralanıbbackend

Quayaquil şəhərindəki Litoral həbsxanasında qarşıdurma və üsyan başlayıb.

Bu barədə “Yeni Gundem” Ekvador mətbuatına istinadən xəbər verir.

Səlahiyyətlilər məhbusların təhlükəsizlik qüvvələrinə partlayıcı ilə hücum etdiyini və hadisə nəticəsində 6 polisin yaralandığını bildirib. Polisin Twitter hesabından edilən açıqlamada təhlükəsizlik qüvvələrinin həbsxanada nəzarəti bərpa etmək üçün 1300 polislə yanaşı çoxlu əsgərlə də genişmiqyaslı əməliyyata başladığı bildirilib.