El Nino hava hadisəsi başlayırbackend

ABŞ rəsmiləri dünyada istiləşməyə səbəb olan El Nino hava hadisəsinin başladığını açıqlayıb və 2024-cü ilin yəqin ki, dünyanın ən isti ili olacağını qeyd ediblər.

“Yeni Gundem” xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planeti və Sakit okeanı təsir edən El Nino hava hadisəsinin önümüzdəki aylarda təsirini mərhələli şəkildə artıracağı bildirilib.

Açıqlamada o, El Nino-nun gücündən asılı olaraq dünyanın bəzi bölgələrində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola biləcəyini və planetimizdə temperatur rekordunun yaşana biləcəyini ifadə edib.

Xatırladaq ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) isə may ayında Sentinel-6 Michael Freilich adlı peykdən alınan məlumata görə, Sakit Okeanın ekvatorial hissəsində El Nino-nun inkişaf əlamətlərinin olduğunu bildirmişdi.

El Nino-nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.

ABŞ Milli Meteoroloji Xidməti bildirir ki, El Nino hava hadisəsi orta hesabla hər 2-7 ildən bir baş verən və Sakit okeanın ekvatorun yaxınlığındakı mərkəzi və şərq hissələrində dəniz səthinin orta səviyyəsindən yuxarı temperaturu ilə özünü göstərən iqlim hadisəsidir.

Mənbə: İLKHA

Aynur Camal