Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
“Yeni Gundem” xəbər verir ki, Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçəngli bayrağını dalğalandırıb və Dövlət himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.