14 saylı Xəzər-Pirallahı Seçki Dairəsində deputatlığa namizədlərdən biri baş nazirin müavini olmuş xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.
“Yeni Gundem”-in diqqətini cəlb edən bu dairədə onun rəqiblərinin bir namizəd istisna, qalanlarının həmcinsləri olmasıdır. Belə ki, dairədə yeganə kişi namizəd Ağababa Əzməmmədovdur. O, işsiz göstərilib. Digər namizədlər – Mehriban Binyatova, Qumru Əliyeva, Gülşən Qasımlı, Vüsalə Rəsulova və Aynur Səfərovadır. Onlar da ayrı-ayrı orta məktəblərdə işləyirlər.