Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev tərəfindən tanınmış şair, görkəmli ədəbyyatşünas alim, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vüqar Mikayıl oğlu Əhmədə Azərbaycan elminin və poeziyasının inkişafında, cəmiyyətimizə, xüsusilə gənc nəslə vətənpərvərlik ruhunun və mənəvi saflığın aşılanmasında, onların təlim-tərbiyəsində xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə “FƏXRİ AĞSAQQAL” döş nişanı ilə təltif edilib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev eyni zamanda Vüqar Əhmədə təbrik məktubu ünvanlayıb:
AMEA-nın NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏDƏBİYYATŞÜNAS-ŞAİR VÜQAR MİKAYIL OĞLU ƏHMƏDƏ
“Hörmətli Vüqar müəllim!
Sizi Azərbaycana xidmət duyğusunu hər şeydən üstün tutan tanınmış alimi, vətənpərvər şairi, insanların sevgisini qazanan dəyərli şəxsiyyəti şərəfli həyatının əlamətdar ildönümü-60 illik Yubileyiniz münasibətil səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti və əmin-amanlıq arzulayırıq!
Siz yüksək intellektiniz və tükənməz enerjinizlə, şərəf və ləyaqətinizlə, gərgin əməyinizlə Vətənə, xalqa xidmət edən nüfuzlu şəxsiyyətsiniz. Bütün həyatınızı Azərbaycanın tərəqqisinə, elmimizin inkişafına, cəmiyyətimizin, xüsusilə gənc nəslin mənəvi saflığına və təlim-tərbiyəsinə həsr etmisiniz. Azərbaycan ədəbiyyatının, poeziyamızın dəyəri nümayəndəsi olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi hər zaman Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu və bu yolda qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmisiniz.
Məhsudar elmi və yaradıcılıq fəaliyyətinizə, ölkəmizin ictimai-siyasi həyatında iştirakınıza görə Azərbaycan və respublikamızdan kənarda bir çox fəxri adlara, elmi titullara layiq görülübsünüz, ali mükafatlarla təltif edilibsiniz. Lakin əminliklə deyə bilərik ki, ən böyük mükafatınız dövlətimizin və xalqımızın Sizə-ən dəyərli aliminə, yüksək fəaliyyət əzmi ilə insanlara örnək ola biləcək vətənpərvər ziyalısına olan dərin sevgisi və rəğbətidir.
Hörmətli Vüqar Müəllim! Bir daha Sizi xoş gününüz-Yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Sizə hər zaman sevinc dolu günlər, daim yüksək əhval-ruhiyyə, tükənməz güc, gənclik enerjisi və ali məqsədlərinizin reallaşdırılması yolunda gördüyünüz bütün işlərdə uğurlar diləyirik!
Dərin hörmət və səmimiyyətlə, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev.
10 aprel 2023-cü il “- deyə təbrik məktubunda deyilir.