Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi elektrik kəsilməsi səbəbindən xəstəxanaların “əsl çöküş vəziyyətinə” girdiyini açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra nazirliyin Facebook hesabında açıqlama verib.
Kudra, Qəzzadakı xəstəxanaların elektrik kəsilməsi səbəbindən əsl çökmə vəziyyətində olduğunu ifadə edərək deyib: “Biz bütün yanacaqdoldurma məntəqələrinin sahiblərini və bir litr dizeli olan hər kəsi yaralıların və xəstələrin həyatını xilas etmək üçün dərhal Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çağırırıq”.
Səhiyyə Nazirliyinin İnzibati işlər üzrə baş direktoru Mahmud Həmməd də xəstəxanalardakı “fəlakət”lə bağlı açıqlama verib.
Hammad, Nazirliyin internet saytında dərc etdiyi şərhdə, “Dərmanların, tibbi ləvazimatların və yanacağın tükənməsi humanitar fəlakətin xəbərçisidir, reanimasiyada, inkubatorlarda və kritik şöbələrdə olan xəstələri təhlükə altına alır və onları qaçılmaz ölümlə üz-üzə qoyur”.deyə O bildirib:
Nazirliyin dərman anbarlarının “boş” olduğuna diqqət çəkən Hammad, səhiyyə xidmətlərinin davamını təmin etmək üçün donor qurumları, ərəb və İslam ölkələrini Qəzzada səhiyyə sektoruna dəstək verməyə çağırıb.
Mənbə: TrtHaber
Aynur Camal