“Yeni Gundem” xəbər verir ki, Şotlandiyada yaşayan Chris və Julie Ramsey cütlüyü elektriklə işləyən avtomobillərinin adi avtomobillər qədər davamlı və etibarlı olduğunu sübut etmək üçün Şimal qütbündən Cənub qütbünə səyahət ediblər.
Elektrikli avtomobillərin istifadəsindən ilhamlanmaq istəyən cütlük, 2023-cü ilin mart ayında Arktika Dairəsi yaxınlığında səyahətə başlamazdan əvvəl nəqliyyat vasitələrini dolduracaqları əraziləri göstərən ətraflı yol planı hazırlayıb.
Onlar həmçinin maşınlarını buz və qarla mübarizə apara bilən nəhəng təkərlərlə təchiz ediblər. Onların qarlı mənzərələrdən və çətin dağ yollarından keçən marşrutu təxminən 32 min kilometrdən sonra dekabr ayında Cənub qütbündə tamamlanıb.
Mənbə:hurriyyət.tr
Aynur Camal