Siqareti tərgitməyin sağlam yolu kimi satılan elektron siqaretlərin satışı hazırda 34 ölkədə qadağan edilib.
Bəzi ləzzətlərin qadağan olunduğu 87 ölkə var və hələ də heç bir qadağanın olmadığı 74 ölkə var. Dünyanın ən böyük elektron siqaret bazarına sahib olan ABŞ-da onun qadağan edilməsi ilə bağlı heç bir irəliləyiş yoxdur.
34 ölkədə elektron siqaretlərin satışı rəsmi olaraq dayandırılsada, tətbiqdəki nasazlıqlara görə cihazlar və meyvə növləri mövcud olmağa davam edir.
Statistikaya görə, ABŞ-da hər 20 yaşlı adamdan biri, yəni 11 milyon insan elektron siqaretdən istifadə edir. Lakin gənclər arasında istifadə müəyyən yaş qruplarında daha yüksəkdir.
Tütün şirkətləri elektron siqaretlərin ənənəvi siqaretlərdən daha təhlükəsiz olduğunu və sağlamlıq risklərini əhəmiyyətli dərəcədə aşağı saldığını iddia edirlər.
Lakin artan dəlillər göstərir ki, cihazlar ağciyərləri zədələyən, ürək və ağciyər problemləri riskini artıran təhlükəli maddələr istehsal edir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ölkələri öz vətəndaşlarını, xüsusən də uşaqları və gəncləri qorumaq üçün siqaretdən istifadə ilə bağlı sərt tədbirlər görməyə çağırıb.
Elektron siqaretlər ən az 16 min ləzzətlə sosial media vasitəsilə uşaqları hədəf alır. Bu məhsulların bəziləri reklamlarında cizgi filmi personajlarından istifadə olunub və gənc nəslin diqqətini cəlb edən qəşəng dizaynlara malikdir.
Son üç ildə altı ölkə elektron siqaretlərin satışını tamamilə qadağan etmək üçün hərəkətə keçib. Bu ölkələr; Kabo Verde, Laos, Nikaraqua, Norveç, Türkiyə və Vanuatadır.
Türkiyədə elektron siqaretlərin idxalı, satışı və paylanması qadağan edilib. Prezident Rəcəb Tayyib Ərdoğan elektron siqaret şirkətləri ilə bağlı “İnsanlarımızı zəhərləyib varlanırlar, buna icazə verməyəcəyik” deyib.
Eyni müddət ərzində dörd ölkə fərqli yol tutaraq elektron siqaretlərə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu ölkələr; Misir, Küveyt, Bəhreyn və Fələstin.
Təxminən hər beş böyükdən birinin siqaret çəkdiyi və Yaxın Şərqin ən çox siqaret çəkən ölkəsi olan Misir üçün insanların siqareti tərgitməsinə kömək etmək üçün qadağa 2022-ci ildə götürülüb.
Milyonlarla məktəb şagirdinin elektron siqaretdən istifadə etdiyini göstərən böyük bir analizə görə, elektron siqareti sınayan uşaqların yarısında asılılığa çevrilir.
Mənbə: Ntv.Tr
Aynur Camal