Əli Mirəliyev aparıcılıq edəcəkbackend

Sərt, tənqidi açıqlamaları ilə yadda qalan müğənni Əli Mirəliyev yeni açılacaq verilişdə aparıcılıq edəcək.

“Yeni Gündəm” xəbər verir ki, Oxu.Az-a açıqlama verən müğənni 2022-ci ildən ümumrespublika yayımına çıxan “Kanal-S” televiziyasında yayımlanacaq yeni verilişin aparıcısı olacağını bildirib.

Əli Mirəliyev qeyd edib ki, layihə artıq hazırdır, verilişə gələn həftə adqoyma mərasimi keçiriləcək.

Xatırladaq ki, “Kanal-S” televiziyasının baş prodüseri müğənni Roza Zərgərlidir.