Əliyev yenidən Rusiya prezidenti seçilən Putini təbrik etdibackend

Azərbaycan prezidenti İlham Əliyev seçkilərdə qalib gələn və yenidən Rusiya prezidenti seçilən Vladimir Putini təbrik edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Putinə zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Putin həmçinin təbrikə görə Əliyevə təşəkkür edib.

Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edən Əliyev və Putin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İlkin nəticələrə görə, Putin ölkəsində keçirilən seçkilərdə 87,29 faiz səslə qalib gəlib.

Mənbə: TrtHaber

Aynur Camal