Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama: “İlin sonuna kimi…”backend

“Neftin qiymətində baş verən həftəlik tərəddüdlər Azərbaycanda manatın məzənnəsinə təsir göstərmir və təsir də göstərə bilməz”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə MB sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib

O bildirib ki, ölkənin dayanıqlı makroiqtisadi çərçivəsi var: “Toplanmış valyuta ehtiyatları imkan verir ki, tərəddüdlərin qarşısını ala bilək. İlin sonuna kimi bu proses davam edəcək”.