“Elmlər Akademiyası olaraq nüfuzumuzu itirmişik” – Rasim Əliquliyevbackend

Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma “Teknofest”də hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq.

“Yeni Gündəm” xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin xüsusi iclasında vitse-prezident, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, AMEA-nın innovasiya, tətbiq məsələləri ilə daxili və xarici bazara çıxması bir neçə xüsusi təşkilatları çıxmaq şərti ilə yaranan mənzərə diqqəti o qədər də cəlb edən deyil.

“Sanki laqeydlik, inamsızlıq var. AMEA-ya kənardan o dərəcə etimad yoxdur. Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var. Burada təşkilatı, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları gördük”.