Elnur Kələntərov işdən çıxdı, bu vəzifədə çalışacaqbackend

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən azad olunub.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Elnur Kələntərov bu barədə qərarı özü verdiyini bildirib.

“Dörd il işlədiyim kollektivdən-Dövlət Miqrasiya Xidmətindən- ayrılmaq məcburiyyətindəyəm. Bu müddət ərzində rəhbərlik etdiyim idarənin fəaliyyətini diqqətdə saxlayan, ideyaların reallaşdırılmasına vəsilə olan, hörmətini qazana bildiyim rəhbərliyə gələcəkdə də peşəkar əməkdaşlığımıza zəmin yaratdığına görə dərin təşəkkürümü bildirirəm. Ötən il Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün For Azerbaijan (Azərbaycan naminə) Beynəlxalq Xeyriyyə Təşkilatı ilə reallaşdırılan Qaliblər düşərgəsindən sonra Xidmətimiz tərəfindən korporativ sosial məsuliyyət layihələri daha da zənginləşdi və inkişaf etməyə başladı. Son zamanlar “For Azerbaijan” Beynəlxalq Təşkilatının dövlət qurumları ilə şəhid ailələrinə yönəlik müştərək layihələri daha geniş vüsət almağa başlayıb. Bu səbəbdən də seçim etmək zamanı çatıb. Gələn dəvəti dəyərləndirib Xidmət rəhbərliyindən xeyir duamı alaraq bundan sonra For Azerbaijan Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində fəaliyyətimi davam etdirərək, şəhid ailələrinə bir addım da yaxın olacam. Bugünədək Xidmətimizin fəaliyyətini ictimailəşdirən media qurumlarının hamısına dərin təşəkkürümü bildirir, yeni layihələrdə görüşmək ümüdümü ifadə edirəm”, – o qeyd edib.