Elviz Qasımovla işçisinin davası Ali Məhkəmədəbackend

Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə keçmiş əməkdaşı Bahar Novruzova arasında hüquqi müstəvidə mübarizə Ali Məhkəməyə çatıb.

“Yeni Gundem” bildirir ki, B.Novruzova əmək haqqı və işə bərpa tələbi ilə kassasiya şikayəti verib. Hakim Zaur Əliyev sentyabrın 12-də prosesə sədrlik edib.
Qeyd edək ki, TƏBİB tərəfindən Respublika Klinik Xəstəxanasına Elviz Qasımovun direktor təyin edilməsi və bu təyinatdan sonra orada 200 dən çox şəxsin işdən kənarlaşdırılması kütləvi narazılığa səbəb olub.
Artıq işdən çıxardılanlar tərəfindən şikayət edilməyən dövlət orqanı qalmayıb. Eləcə də, şikayətçilərin fikirlərini mətbuat ictimailəşdirməkdə,müxtəlif ünvanlara teleqramlar vurulmaqdadır. Belə bir şikayətçilərdən biri də uzun illər Klinik Xəstəxanasında mamaginekoloq kimi çalışmış həkim Novruzova Bahar Sevindik qızıdır.
Onun çıxışlarından sitat: “30 ildir, bu xəstəxananın ən öndə gedən, ən ağır əməliyyatlarını icra edən cərrahı olmuşam. Bundan əlavə rayonlarda ağır xəstələr olanda məni göndəriblər. Yeganə kadr idim ki, ağır xəstələri vəziyyətdən çıxardığım üçün bəzən gecəylə maşına əyləşdirib bölgələrə göndəriblər.

İlham Əliyev və Heydər Əliyevin doğum günlərində bizi 1 həftəlik Naxçıvana həmişə mənimlə göndərirlər. Bu vaxta qədər nə baş həkim, nə direktorlarla problemim olmayıb. Nə baş verdisə, xəstəxanaya Elviz Qasımov direktor gələndən oldu”.