Emin Əmrullayev sakinləri Qusarda qəbul edəcəkbackend

Elm və təhsil naziri Emin Əmrullayev 28 aprel 2023-cü il tarixində Qusar rayonunda vətəndaşları qəbul edəcək.

“Yeni Gundem” xəbər verir ki, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 19 aprel 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.