Ən azı 10 mədənçi qaçırılıbbackend

Hindistanda azı 10 kömür mədənçisinin silahlı şəxslər tərəfindən qaçırıldığı açıqlanıb.

Hindustan Times qəzetinin məlumatına görə, Assam ştatının Tinsukia bölgə polisi açıqlamasında hadisənin Assam və Arunaçal Pradeş əyalətlərinin sərhədi yaxınlığındakı mədəndə baş verdiyini bildirib.

Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 03:00 radələrində silahlı şəxslərin işçiləri qaçırdığını bildirən polis rəsmiləri, hələlik dəqiq sayı müəyyən edə bilmədiklərini, lakin ilkin təsbitlərə görə 10 kömür mədənçisinin qaçırıldığını qeyd ediblər.

Polis məsələ ilə bağlı istintaq başladıldığını və hadisənin hökumət və Assam Birləşmiş Azadlıq Cəbhəsi (ULFA) və Naqaland Milli Sosialist Şurasının (NSCN) üzvləri tərəfindən törədildiyini təxmin etdiklərini bildirdi.

Digər tərəfdən, dövlət rəsmiləri xilasetmə əməliyyatı üçün bölgəyə əlavə hərbçilərin göndərildiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal