Ən azı 100 ölkədə etirazbackend

İsrailin Qəzzada törətdiyi qırğına dünya reaksiya verir. İsrailin Qəzza zolağına hücumları intensivliyi ilə davam etməkdədir.

Hücumlarına qarşı dünyanın ən az 100 ölkəsində etiraz aksiyaları keçirilərkən, ən çox nümayiş keçirən ölkələr Türkiyə, ABŞ, Mərakeş, İran və Yəmən olub.

Qəzzanı sözün əsl mənasında açıq hava həbsxanasına çevirən İsrail oktyabrın 7-dən bu yana 14 min 128 mülki vətəndaşı qətlə yetirib.

Qaçqın düşərgələrini vuran, minlərlə məhəllənin dağıdılmasına səbəb olan İsrail sözün əsl mənasında soyqırım törədir. İsrailin hücumları səbəbindən Qəzzada artıq heç bir yer təhlükəsiz deyil.

Qəzzada baş verən bu insan faciəsi bütün dünyada pislənir. Güclü bombardmanlara məruz qalan Qəzzaya qarşı dünyanın hər yerində etirazlar davam edir.

Ən azı 100 ölkə Qəzza üçün birləşib

1947-ci ildən bəri bölgədə fasilələrlə davam edən münaqişələrə heç bir reaksiya verilmədi. Nümayişlərin ümumi sayı 5 mini keçdiyi halda, ən çox nümayiş keçirən ölkələr Türkiyə, ABŞ, Mərakeş, İran və Yəmən olub.

Mənbə: EnSonHaber

Aynur Camal