Ən bahalı şəhərlər Sinqapur və Sürixdirbackend

Sinqapur və Sürix 2023-cü ilin “dünyanın ən bahalı şəhərləri” siyahısında birinci yerdədirlər. Dünyanın ən ucuz şəhəri isə Suriyanın paytaxtı Dəməşqdir.

ECONOMIST Intelligence Unit (EIU) hesabatına görə, ötən il altıncı sırada olan Sürixin builki siyahıda birinci yerə yüksəlməsində İsveçrədə ərzaq məhsulları, məişət əşyaları və əyləncə qiymətlərindəki artım təsirli olub. Sinqapur şəhər dövlətində nəqliyyatın və geyimin baha olması da diqqət çəkirdi.

  Keçən il birinci olan Nyu-York İsveçrənin Cenevrə şəhəri ilə üçüncü yerə geriləyib. İlk 10-luğa daxil olan yeganə digər Asiya şəhəri olan Honq Konq beşinci, Los Anceles isə altıncı yeri tutub. Paris yeddinci ən bahalı şəhər seçilib. İsrailin paytaxtı Təl-Əviv səkkizinci yeri Danimarkanın paytaxtı Kopenhagenlə bölüşüb.

Dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşqdir. Dəməşqi İranın Tehranı izlədiyi halda, üçüncü yerdə Liviyanın paytaxtı Tripoli gəlir.

Mənbə: hurriyyət.tr

Aynur Camal