Ən təhlükəli mətbəx qabları hansılardır?backend

Amerikalı həkim Poonam Desai xəbərdarlıq edib ki, yapışmayan tavalar ən təhlükəli mətbəx qablarıdır.

“Yeni Gundem” xəbər verir ki, o bu fikri Daily Mail saytına müsahibəsində bildirib.

Desai deyir ki, yapışmayan qablardan istifadə edərkən, mikroplastiklər səthdəki hər hansı çip və ya cızıqlar vasitəsilə yeməyə daxil olur. Bu kiçik, həll olunmayan hissəciklər, öz növbəsində, endokrin sistemi pozur, hormonal balanssızlıqlara, məhsuldarlıq problemlərinə səbəb ola bilər və hətta xərçəng şansını artıra bilər.

Bundan əlavə, Desai cızıqlanmış keramika qablardan istifadə etməkdən çəkinir. “Keramika qablar adətən qidaya daxil ola bilən nazik alüminium təbəqəsi ilə örtülür” deyib.

Terapevt çuqun və paslanmayan poladdan olan mətbəx qablarını isə sağlamlıq üçün ən təhlükəsiz materiallar adlandırıb.

Mənbə: Lenta.Ru

Aynur Camal