Ən uzun tükləri ilə rekorda imza atdıbackend

ABŞ-da bir qız qollarında 18 santimetr uzunluğunda tükü uzadaraq rekorda imza atıb.

Amerikanın Kaliforniya ştatının Treysi şəhərinin sakini dünyanın ən uzun saçını qollarına uzadaraq dünya rekordu vurub. Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilir.

Maisie Davis-Sutherland, 2012-ci ilə qədər, orta məktəbdə oxuyarkən, anormal dərəcədə uzun qol saçlarının olduğunun fərqinə belə varmayıb. “Mən ən yaxın dostum Kaylinin ailəsi ilə Disneylenddə idim və onun qardaşı qolumdakı tükləri gördü. O, onların çox uzun olduğunu və ilkin fikrinin onları çıxarmaq olduğunu söylədi!” deyə xatırlayır.

Bununla belə, Devis-Sazerlend nə vaxtsa Ginnesin Rekordlar Kitabına düşmək üçün bədənində yenidən tüklər yetişdirəcəyini söyləyib.

2023-cü ilin dekabrında o, qollarındakı tükləri yenidən ölçüb və onun uzunluğu 18,4 santimetr olmaqla, qadınlar arasında rekordçu olub. Qız hazırda 21,7 santimetr göstərici ilə Kaliforniya əsilli Devid Ridə məxsus olan mütləq rekordu qırmaq üçün saçlarını uzatmağı planlaşdırır.

Mənbə: Lenta.Ru

Aynur Camal