Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov işində yol verdiyi səhvlərə görə ölkənin energetika naziri Hacımuhammet Recepmyradovu vəzifəsindən azad edib.
Bu barədə ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər idarənin rəis müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib.
Recepmyradov 2021-ci ilin avqustundan nazir vəzifəsində olub.
Bundan əlavə, dövlət başçısı iclas zamanı işində yol verdiyi nöqsanlara görə Nyyazlı Nyyazlyevi “Türkmənhimiya” dövlət konserninin rəhbəri vəzifəsindən azad edib.
Dövlət konserninin yeni sədri daha əvvəl təbii qazdan benzin istehsalı üzrə Axal zavoduna rəhbərlik etmiş Dövrəngəldi Sapbayev təyin edilib./APA