Ərdoğan Bakıya yola düşdübackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

“Yeni Gündəm”in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Esenboğa Hava limanında jurnalistlərin suallarını cavablandıran Ərdoğan səfərinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağına ümid etdiyini bildirib.

“Türkiyənin Azərbaycandakı birbaşa investisiyaları 11 milyard dollara çatır, Azərbaycanın Türkiyədəki sərmayələrinin isə bu il sonunda 20 milyard dollara çatacağını düşünürük.

Türk podratçılar Azərbaycanda cəmi 414 layihə həyata keçiriblər və müdafiə sənayesindəki əməkdaşlığımız gündən-günə artır”, – deyə R.T. Ərdoğan vurğulayıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.