Ərdoğan Qarabağdan danışdıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Şurasının sədri Şarl Mişellə telefon danışığı baş tutub.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə Türkiyə- AŞ münasibətlərinin genişləndirilməsi, Şərqi Aralıq dənizi məsələləri müzakirə olunub.

Müzakirə olunan əsas mövzulardan biri də Ermənistanın Azərbaycana qarşı təxribatçı hücumları olub. Belə ki, Ərdoğan Azərbaycan torpaqlarını işğal edən Ermənistanın neft və təbii qaz xətlərinin keçdiyi Tovuz, daha sonra Gəncəyə hücum etməsi ilə Avropanın enerji təhlükəsizliyini heçə saydığını bir daha sübut etmiş olduğunu bildirib.

Türkiyə dövlət başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü nəzərə alaraq tutarlı mövqeyini ortaya qoymasını istəyib.