Ərdoğan Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibbackend

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

“Yeni Gundem” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətini qəbul edib.

Səfər çərçivəsində, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.

Fərahim Rəhimov