Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videoformatda görüş keçiriblər.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videobağlantı vasitəsilə Akkuyu AES-ə nüvə yanacağının çatdırılması mərasimində iştirak ediblər.