Ərdoğandan bəyanatla bağlı daha bir açıqlamabackend

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

“Yeni Gündəm” -in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.