Ərəb Liqası Somali və Efiopiya arasındakı gərginliyi müzakirə etmək üçün nazirlər toplantısı keçirəcək.
Ərəb Liqası baş katibinin müavini Husam Zəki bəyan edib ki, Ərəb Liqası yanvarın 17-də xarici işlər nazirləri səviyyəsində təcili onlayn iclas keçirməyə qərar verib.
Zeki qeyd edib ki, görüşdə “Efiopiya ilə Somaliland arasında qeyri-qanuni olaraq imzalanan və Əddis Əbəbə rəhbərliyinin Somalinin şimal-qərbində Qırmızı dənizdə əməliyyat imtiyazları aldığı anlaşma memorandumunun fəsadları” müzakirə ediləcək.
Toplantıya Mərakeşin sədrlik edəcəyi və iclas qərarının Somalinin tələbi və 12 ərəb ölkəsinin dəstəyi ilə qəbul edildiyi bildirilib.
Somalinin baş naziri Həmzə Abdi Barre Efiopiyaya Somali ərazisinə müdaxilə etməsi barədə xəbərdarlıq etmişdi.
Efiopiya birtərəfli müstəqilliyini elan edən Somaliland ilə dənizə çıxış müqaviləsi imzaladıqdan sonra Somali hökuməti səfirini Efiopiyadan geri çağırıb.
Ərəb Liqası və birliyə üzv olan bir çox ölkə, o cümlədən Misir razılaşmanı rədd etdiklərini və Somalinin öz ərazisi üzərində suverenliyini dəstəklədiklərini açıqlayıblar.
Mənbə: İLKHA
Aynur Camal