Ərəblərdən biri danışdı: “Ov etmək üçün ETSN-ə 2500 dollar ödəyirik”backend

Qax rayonunun Acınohur ərazisində qanunsuz ov edən ərəblərdən biri tənqidlərə cavab verib.

“Yeni Gündəm”-in xəbərinə görə, o bildirib ki, 10 ildir, Azərbaycanda ov edirlər: “Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə pul ödəyirik. Nazirlik ov icazəsi üçün adambaşı bizdən 2500 dollar alır.

Şahinlərin ölkəyə girişinə görə də hər quş üçün 500 dollar ödəyirik”. Məlumatı jurnalist Həbib Müntəzir paylaşıb.