Ermənilər “Bayraktar”ı aldatmaq üçün görün nədən istifadə etdi – Bu görüntülər sizi şoka salacaqbackend

Vejnəli istiqamətində havaya qaldırılan kəşfiyyat pilotsuz uçuş aparatları düşmənin 200-dən çox şəxsi heyətinin mövqeləndiyini müəyyən edir. Düşmən arxasına sızma edən bölmələrimiz isə tam fərqli mənzərə ilə rastlaşır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Xəzər Televiziyasının istehsalı olan “Son döyüş” adlı sənədli filmdə məlumat yer alıb.

General-mayor Misir Əliyev yol boyu ermənilər tərəfindən hazırlanan və hər birinin yanında silahı olan maketlərdən istifadə edildiyini bildirib.

Qeyd olunub ki, Əslində Hərbi Qənimətlər parkında nümayiş edilən mulyajları ilk dəfə hazırlayanlar da elə məhz ermənilər olub.

Onlar bu istiqamətdə elə bir səhnə qurmuşdular ki, real müdafiə xəttindən seçilmirdi.

Oxu24.com  “Son döyüş” filmindən sözügedən mövzu ilə videomaterialı təqdim edir: